ABF-nin prezidenti: "Avropa çempionatında ikinci olmaq Azərbaycan bilyardı üçün böyük nailiyyətdir"

ABF-nin prezidenti: "Avropa çempionatında ikinci olmaq Azərbaycan bilyardı üçün böyük nailiyyətdir"

Avropa çempionatında ikinci olmaq Azərbaycan bilyardı üçün böyük hadisədir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının (ABF) prezidenti Seymur Məmmədov Avropa çempionatında gümüş medal qazanması ilə bağlı danışarkən deyib.

O, Gürcüstanın Batumi şəhərində keçirilən yarışla bağlı təəssüratlarını bölüşüb:

"Turnirdə iştirakçı sayı çox idi. Təsəvvür edin, 16 ölkədən 115 bilyardçı qələbə uğrunda mübarizə aparırdı. Üstəlik, vaxt da məhdud idi. Belə vəziyyətdə ikinci yeri tutmaq Azərbaycan bilyardı üçün böyük nailiyyətdir. Düzdür, qızıl medal da qazanmaq olardı. Lakin təəssüf ki, baş tutmadı".

ABF rəhbəri Azərbaycan bilyardı üçün yeni planlarının olduğunu söyləyib:

"Bəzi planlarımız var. Artıq Azərbaycanda akademiyalar açılmaqdadır. İstəyirik ki, bilyardda yeni, gənc və perspektivli oyunçular üzə çıxsınlar. Bizə artıq yeni nəfəs, yeni qan lazımdır. Belə olarsa, beynəlxalq yarışlarda daha çox təmsilçimiz yer alar".

S.Məmmədov Bakıda dünya çempionatı təşkil etmək istədiklərini bildirib:

"Planlarımız böyükdür. İstəyirik ki, Bakıda bilyard üzrə dünya çempionatı təşkil edək. Amma bəzi məqamlar var ki, onların üzərində işləyirik. Daim bu istiqamətdə işlər görürük".

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərdi
Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb