"Kəpəz"in futbolçusu "Səbail"də - RƏSMİ
Yeni mövsümdə I Liqada iştirak edəcək "Səbail" Premyer Liqa klubu "Kəpəz"dən ayrılan futbolçunu transfer edib.
QELEBE.AZ xəbər verir ki, "dənizçilər" Nicat Süleymanovla 1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Səbail" daha əvvəl kapitanı Yusif Nəbiyevi heyətdə saxlayaraq onunla 1+2 illik sözləşmə bağlayıb.

https://qelebe.az//uploads/photo/quotkepezquotin-futbolchusu-quotsebailquotde-resmi.webp