UEFA-dan Kamal Umudluya növbəti təyinat
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/uefa-dan-kamal-umudluya-novbeti-teyinat.webp