Kayak və kanoeçilərimiz dünya çempionatında çıxış edəcəklər
İyulun 23-27-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında dünya çempionatı keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, Azərbaycanı yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.
Kanoe yarışlarında iyulun 3-6-da eyni yaş kateqoriyasında keçirilmiş Avropa çempionatında üçüncü olan Tatyana Smilovenko yenə medal uğrunda mübarizə aparacaq. Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə dünya çempionatında mükafat qazanmağa çalışacaq.

https://qelebe.az//uploads/photo/kayak-ve-kanoechilerimiz-dunya-chempionatinda-chixish-edecekler.webp