“Fənər” PSJ-nin ulduzlarını İstanbula gətirir

“Fənər” PSJ-nin ulduzlarını İstanbula gətirir

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Fənərbaxça” PSJ-dən Marko Asensio və Milan Şkriniarla razılıq əldə edib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, “sarı-lacivərdlilər” həm Fransa klubuyla, həm də futbolçularla anlaşma əldə edib.

Türkiyə təmsilçisi hər iki oyunçunu bu həftə ərzində İstanbula gətirməyi planlaşdırır.

Qeyd edək ki, “Fənərbaxça” daha əvvəl “Gent”dən Arçi Braun və “Əl-Nəsr”dən Con Duranı heyətinə qatıb.