Cüdoçularımız təlim-məşq düşərgəsində iştirak edirlər

Cüdoçularımız təlim-məşq düşərgəsində iştirak edirlər

Gənc cüdoçularımız Nabranda təlim-məşq düşərgəsində iştirak edir.

QELEBE.AZ xəbər verir ki, baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərlik etdiyi toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib.

Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.

Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi 4-7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.