“Zirə” – “Hayduk” oyununun biletləri satışa çıxarılıb
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Hayduk” (Xorvatiya) oyununun biletləri bu gün – iyulun 15-i saat 15:00-dan satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.
Satış məntəqələri: Zirə İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassaları.
İyulun 23-də keçiriləcək görüşə saat 19:30-da start veriləcək.

https://qelebe.az//uploads/photo/zire-hayduk-oyununun-biletleri-satisha-chixarilib.webp