"Kəpəz" Premyer Liqanın debütantı ilə qarşılaşacaq

"Kəpəz" Premyer Liqanın debütantı ilə qarşılaşacaq

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Kəpəz"in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.

Apasport.az xəbər verir ki, "Sarı-göylər" çempionatın debütantı olan "Karvan" ilə qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matç iyulun 16-da Mingəçevirdə keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.