"Kopenhagen"dən "Barsa"ya - RƏSMİ
"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, kataloniyalılar "Kopenhagen" forması geyinən Runi Bardqini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Barsa" bu keçid üçün qarşı tərəfə 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, isveçli futbolçu ötən mövsüm Danimarka təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

https://qelebe.az//uploads/photo/quotkopenhagenquotden-quotbarsaquotya-resmi.webp