Klublararası Dünya Çempionatının finalında qalmaqal - VİDEO
Ötən gün FIFA Klublararası Dünya Çempionatının final qarşılaşması baş tutub.
Apasport.az xəbər verir ki, həlledici oyunda “Çelsi” və PSJ komandaları üz-üzə gəlib.
Görüş londonluların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Final fitindən sonra PSJ-nin baş məşqçisi Luis Enrike ilə “Çelsi”nin yeni transferi Joao Pedro arasında mübahisə yaşanıb.
Mübahisə zamanı ispaniyalı mütəxəssis futbolçunun çənəsindən tutaraq onu itələyib.
Həmin kadrları təqdim edirik:

https://qelebe.az//uploads/photo/klublararasi-dunya-chempionatinin-finalinda-qalmaqal-video.webp