"Qalatasaray" qol oldu yağdı: Yoxlama matçında 7 qol

"Qalatasaray" qol oldu yağdı: Yoxlama matçında 7 qol

Yeni mövsüm hazırlıqlarına davam edən "Qalatasaray" yoxlama matçına çıxıb.

QELEBE.AZ xəbər verir ki, hazırlıq çərçivəsində "cimbom" "Ümraniyespor"la üz-üzə gəlib.

"Ümraniye Hekimbaşı" stadionunda keçirilən qarşılaşma "sarı-qırmızılılar"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın qollarını Berkan Kutlu, Zaniolo, Köhn, Metehan Baltacı və Ada Yüzgeç vurub. "Ümraniyespor"un heyətində isə Soku və Kosoko fərqlənib.