“Araz-Naxçıvan” “Alanyaspor”la heç-heçə edib - YENİLƏNİB
Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ikinci yoxlama oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, komanda Super Liqa təmsilçilərindən "Alanyaspor"la üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

https://qelebe.az//uploads/photo/araz-naxchivan-alanyasporla-hech-heche-edib-yenilenib.webp