"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb

İspaniyanın "Barselona" Futbol Klubunun Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb.

"Report"un məlumatına görə, akademiyanın yerləşəcəyi "ASK Arena"da təmir-bərpa, yenidənqurma işləri aparılır.

Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydannın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunur.

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi də nəzərdə tutulur:

- Futbol meydanlarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi

- İdmançılar və klub heyəti üçün nəzərdə tutulmuş paltardəyişmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmir edilməsi

- Yuxarıda qeyd olunan otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi

AzFar şirkətinin nümayəndəsi Şövqi Babayev jurnalistlərə açıqlamasında "ASK Arena"da təmir-bərpa, yenidənqurma işləri “Barselona” klubunun uşaq futbol məktəbinin Azərbaycanda planlaşdırılan açılışı çərçivəsində həyata keçirildiyini bildirib. O, əlavə edib ki, sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunacaq.

Şövqi Babayev
Şövqi Babayev

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb. Görüşdə Azərbaycanda “Barselona” Futbol Akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib. Martın 31-də isə Kataloniya təmsilçisinin rəsmiləri Bakıya səfər ediblər və "ASK Arena"ya baxış keçiriblər.

Foto: Mircavid Eminoğlu

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol
İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlanıb

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər