Ançelottinin oğlu Braziliya klubunda - RƏSMİ
Karlo Ançelottinin oğlu Davide Ançelotti "Botafoqo"nun baş məşqçisi olub.
QELEBE.AZ xəbər verir ki, bu barədə Braziliya klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 36 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Botafoqo" klublararası dünya çempionatında uğursuz çıxış etdikdən Renato Payvo ilə yollar ayrılıb. O, komandaya 2024-cü ildə tarixində ilk dəfə Libertadoras kubokunu qazandırmışdı.

https://qelebe.az//uploads/photo/anchelottinin-oglu-braziliya-klubunda-resmi.webp