Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində beynəlxalq təlim-məşq toplanışına start verilib.
QELEBE.AZ xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Avstriya, Xorvatiya, Monteneqro və Almaniyadan ümumilikdə 70-dək cüdoçu qatılıb.
Toplanışın məqsədi idmançıların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı beynəlxalq turnirlərə daha yaxşı şəkildə hazırlaşmaqdan ibarətdir.

https://qelebe.az//uploads/photo/bakida-beynelxalq-telim-meshq-toplanishi-bashlayib.webp