AGF rəsmisi: "Güləş millilərimizin Avropa çempionu olması sevindirici haldır"

AGF rəsmisi: "Güləş millilərimizin Avropa çempionu olması sevindirici haldır"

Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə U-15 millilərinin Avropa çempionu olması sevindirici haldır.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat katibi Sərxan Musayev açıqlama verib.

O, İtaliyanın Kaorle şəhərində keçirilən yarışla bağlı təəssüratlarını bölüşüb:

"Nəticələrimiz sabit qalır. Daha çox idmançımız qızıl medal qazana bilərdi. Final görüşlərimiz çox oldu. Amma müəyyən səhvlərdən həlledici qarşılaşmada məğlub oldular. Hər halda, bu, bir başlanğıcdır. Elə güləşçilər var ki, ilk dəfə böyük yarışa, beynəlxalq turnirə qatılmışdılar. İstər-istəməz təcrübə, həyəcan sözünü deyirdi. Yunan-Roma güləşçilərimizin bəziləri hesabda öndə olduqları qarşılaşmalarda ani səhvdən "tuş"la uduzdular. Hansı ki, onlar da medal qazana biləcək gücdə idmançılar idi".

Federasiya rəsmisi müəyyən çatışmazlıqlara baxmayaraq, hər iki komandanın birinci yeri tutmasının sevindirici hal olduğunu söyləyib:

"Avropada ən güclü güləş ölkəsi Rusiya sayılır. Həm sərbəst, həm də yunan-Roma güləşində bu ölkənin idmançılarına qarşı 5 qələbə, ümumilikdə 10 qalibiyyət əldə etdik. Bu da yaxşı nəticədir. Qızlarımız ilk dəfə bu Avropa çempionatında tam heyətlə iştirak etdilər. Səbəb bu yaş qrupu üzrə çempionatın keçirilməsi idi. U-15 və U-17 Azərbaycan çempionatının keçirilməsi qadın güləşinin inkişafına təkandır. Qızlar Avropa çempionatında üç medal əldə etdilər. Həm medalların əyarına, həm sayına, həm də toplanan xallara görə rekord müəyyənləşdirdik. Sərbəst güləşçilər isə toplanan xallara görə rekordu yenilədilər".

S.Musayev Azərbaycan təmsilçilərinin U-20 Avropa çempionatında da yaxşı çıxış etdiklərini vurğulayıb:

"Sərbəst və yunan-Roma güləşi millilərimiz ikinci yeri tutdular. Çempion da ola bilərdik. Burada da eyni sözü deyə bilərəm. Müəyyən final görüşləri oldu ki, cüzi fərqlə qızıl medalı əldən verdik. Qadın güləşi yenə bizi sevindirdi. Dörd idmançıdan ikisi qızıl medal qazandı. Onlar növbəti olimpiadada mükafatçılar sırasına düşəcəyini gözlədiyimiz idmançılardır. Bu qalibiyyətlər onu göstərir ki, doğru yoldayıq. Qısa vasilədən sonra, gələn ay Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək U-20 dünya çempionatına hazırlaşacağıq. U-17 komandalarımız isə iyulun 28-dən avqustun 3-dək Yunanıstanın paytaxtı Afinada baş tutacaq dünya çempionatına hazırlaşırlar".

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb