Messi yenidən Ronaldoya rəqib ola bilər
"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi komandanı tərk edə bilər.
QELEBE.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Əhli" argentinalını heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "Əl-Əhli" rəhbərliyi 38 yaşlı vingeri bir neçə həftədir ki, razı salmağa çalışır.
Əgər transfer baş tutarsa, Lionel Messi “Əl-Nəsr”in heyətində çıxış edən əzəli rəqibi Kriştianu Ronaldo ilə yenidən üz-üzə gələcək.
Qeyd edək ki, Argentina millisinin kapitanının "İnter Mayami" ilə müqaviləsi bu ilin sonunda başa çatacaq.

https://qelebe.az//uploads/photo/messi-yeniden-ronaldoya-reqib-ola-biler.webp