KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib

KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib

KONKAKAF Qızıl Kubokuna yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, yarışın final matçında ABŞ və Meksika yığmaları üz-üzə gəliblər.

Hyustonda keçirilən həlledici matçda meksikalılar qalib gəliblər. Onlar ABŞ-ni 2:1 hesablı ilə məğlub ediblər.

Bununla da onlar ardıcıl ikinci, ümumilikdə 13 dəfə KONKAKAF Qızıl Kubokunu qazanıblar.