Yığmamız Ukraynaya məğlub olub
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, C qrupunda yer alan millimiz II tur çərçivəsində Ukrayna ilə qarşılaşıb.
Qarşılaşma daha təcrübəli Ukrayna yığmasının qələbəsi ilə yekunlaşıb. Millimiz 65:78 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz sabah qrup lideri Litva ilə qüvvəsini sınayacaq Görüş 19:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/yigmamiz-ukraynaya-meglub-olub.webp