Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
Bu il Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.
QELEBE.AZ xəbər verir ki, bunu Formula-1-in rəsmi saytı açıqlayıb.
Buna səbəb sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.
Bildirilib ki, yarış Bakıda sentyabrın 24-26-da baş tutacaq.
Qeyd edək ki, daha öncə Qran-pri sentyabrın 25-də start götürüb, ayın 27-də başa çatmalı idi.

https://qelebe.az//uploads/photo/formula-1-azerbaycan-qran-prisinin-vaxti-deyishdirilib.webp