Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıb

Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıb

28-29 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib.

Apasport.az xəbər verir ki, sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə edib.

Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb. 

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.