“Qalatasaray”dan 5-ci ulduz açıqlaması
"Qalatasaray"ın yeni mövsüm üçün loqo dizaynı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
2025-26 sezonunda 5-ci ulduz digərlərinin üzərində yer alacaq.
Növbəti mövsümdən etibarən isə bütün ulduzlar yanaşı yerləşəcək.
Qeyd edək ki, "Qalatasaray" bu il Türkiyə Super Liqasında 25-ci çempionluğunu qazanıb.

https://qelebe.az//uploads/photo/qalatasaraydan-5-ci-ulduz-achiqlamasi.webp