Avarçəkənlərimiz Vyana Reqatasında iştirak edəcək
İyunun 28-29-da Avstriyada ənənəvi Vyana Reqatası keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışlarda Azərbaycanı Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 3 gənc idmançısı təmsil edəcək.
Vyanada Nurlan Paşayev, Cahangir Məmmədli və Azər İlyasov akademik növdə mübarizə aparacaq.

https://qelebe.az//uploads/photo/avarchekenlerimiz-vyana-reqatasinda-ishtirak-edecek.webp