Paraqvaylı futbolçu "Neftçi"də - Rəsmi
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
QELEBE.AZ xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür.
25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/paraqvayli-futbolchu-quotneftchiquotde-resmi.webp