Azərbaycan millisinin baş məşqçisi komandanın Gümüş Avropa Liqasındakı çıxışını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi komandanın Gümüş Avropa Liqasındakı çıxışını dəyərləndirib

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Fərid Cəlalov komandanın Gümüş Avropa Liqasındakı çıxışına münasibət bildirib.

Mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, rəqib komandaların fiziki cəhətdən üstün olduğunu vurğulayıb:

“Son iki matçla bağlı onu deyə bilərəm ki, Farer adaları millisinin heyətində Danimarka və Avropanın bir neçə ölkəsində oynayan ucaboy voleybolçular var idi. Amma komandamız rəqibin öhdəsindən gələ bildi. İlk setdə toparlana bilməsək də, ikinci setdə rahat qələbə qazandıq. Amma 3 və 4-cü setlər həqiqətən gərgin mübarizə şəraitində keçdi. Buna baxmayaraq, qələbə qazandıq. Avstriya isə çox güclü komandadır. Ötən il onlara məğlub olmuşduq. Həm güc, həm də boy baxımından bizdən üstün idilər. Nəzərə alsaq ki, voleybol boyla bağlı oyundur, bu heç də asan deyil. Çatışmazlıqlara gəlincə, yenə də təcrübəsizliyi önə çəkmək istəyirəm. Məşq vaxtı etmədiyimiz səhvləri oyunda buraxdıq. Bu da oyun praktikasının azlığından irəli gəlir. Amma ümid edirəm ki, komandanı yaxşı səviyyəyə çıxaracağıq”.

Baş məşqçi nəticəni qənaətbəxş hesab edib:

“Bir məşqçi olaraq iki qələbə məni qane etmir. Bir neçə il əvvəlki komanda olsaydı, düşünürəm ki, İsveçlə finalda oynayardıq. Yəni məğlub edə bilməyəcəyimiz komanda yox idi. Ancaq indiki durumu, heyətdəki yenilənmələri, gənc oyunçuları nəzərə alsaq, nəticəni müəyyən mənada qənaətbəxş hesab etmək olar”.

O, planlar haqqında da danışıb:

“Komandaya bir neçə günlük istirahət vermişəm. Buna ehtiyac var, çünki son günlərdə uzun yollar qət etdik, ardıcıl oyunlar keçirdik. Bir neçə gündən sonra Avropa çempionatının seçmə mərhələsinin hazırlığına başlayacağıq. Belçika və Avstriya ilə oynayacağıq. İki səfər və bir ev oyunumuz var. Millinin heyətində hələ ki, dəyişiklik yoxdur. Amma müəyyən dəyişikliklər mümkündür. Bu barədə iclasdan sonra qərar verəcəyik”.

F.Cəlalov yeni yaradılan və rəhbərlik etdiyi “DH Volley Baku" komandası ilə bağlı fikirlərini də bölüşüb:

“DH Volley Baku"nun transferləri ilə bağlı sosial şəbəkələrimizdə məlumatlar vermişik. Legioner oyunçularla müqavilələrimiz hazırdır. Yerli voleybolçular da cəlb etmişik. Komanda məşqləri Dərnəgüldəki bazada keçirəcək. Azərbaycan çempionatında hədəf çempionluqdur. Komanda, yeni yaranmasına baxmayaraq, iddialıdır. Hazırlaşmaq üçün zamanımız da var”.

Qeyd edək ki, Gümüş Avropa Liqasının ilkin mərhələsində keçirdiyi altı oyundan ikisində qələbə qazanan Azərbaycan millisi turniri 6 xalla başa vurub.

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"