Avropa Kubokunda birinci olan Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı çıxış edə bilərdik"

Avropa Kubokunda birinci olan Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı çıxış edə bilərdik"

Gənc kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Almaniyanın paytaxtı Berlində keçirilmiş Avropa Kuboku ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, sayca üçüncü Avropa Kubokunda iştirak etdiklərini söyləyib:

"Bu yarışlar Avropa və dünya çempionatlarına vəsiqə verir. İdmançılarımız burada reytinq qazanırlar. Bu isə dünya və Avropa çempionatlarında püşkatma zamanı bizə kömək göstərir. Top-8-də olanlar ilkin raundlarda bir-biriləri ilə üz-üzə gəlmirlər. Çalışırıq ki, cüdoçularımızın reytinq xalları daha çox olsun".

R.Alimli 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığmanın 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci olmasına münasibət bildirib:

"Bundan daha yaxşı çıxış edə bilərdik. İlk gündə cüdoçularımız üç finalda məğlub oldular. Amma bunu böyük problem saymırıq. Əsas məqsədimiz Avropa və dünya çempionatlarıdır. Həmin yarışlarda tam formada olmalıyıq. Bunu da edəcəyik. Sevindirici hal odur ki, yığmamızda hər çəki dərəcəsində rəqabət çox güclüdür. 3-4 idmançımız əsas turnirlərə vəsiqə qazanmaq üçün güləşirlər. Rəqabət olan yerdə nəticələr də gələcək. Seçim etmək bizim üçün çətindir. Amma haqlı seçim etməyə, ən güclüləri Avropa və dünya çempionatına aparmağa çalışacağıq. Demək olar ki, heyətin yarısını artıq müəyyənləşdirmişik. Yarısı isə rəqabətə davam edəcək. Növbəti Avropa Kuboku iyulun 5-6-da Çexiyanın paytaxtı Praqada keçiriləcək. Əsas heyətdən 5 idmançı bu turnirə yollanacaq".

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək