"Sabah" heyətini yeni müdafiəçi ilə gücləndirib

"Sabah" heyətini yeni müdafiəçi ilə gücləndirib

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.

O, karyerası ərzində Fransanın "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyanın "Saraqosa" (2024) və Polşanın "Pyast" (2025) klublarında oynayıb.

Qeyd edək ki, A.Zedadka "Sabah"da 80 nömrəli formada çıxış edəcək.