“Araz-Naxçıvan”ın rəqibindən yeni transfer
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” növbəti transferini reallaşdırıb.
QELEBE.AZ xəbər verir ki, Saloniki təmsilçisi belçikalı müdafiəçi Noa Fadiqanı heyətinə qatıb.
Son klubu "Gent" (Belçika) olan futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Aris” matçları iyulun 24-ü və 31-də baş tutacaq.

https://qelebe.az//uploads/photo/araz-naxchivanin-reqibinden-yeni-transfer.webp