Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Apasport.az xəbər verir ki, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, A millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.