"Yuventus" son 7 ildə ilk dəfə bunu bacarıb
"Yuventus" klublararası dünya çempionatının qrup mərhələsinin ilk oyununda "Əl-Əyn"i məğlub edib.
Apasport.az xəbər verir ki, birinci hissədə hesabı 4:0 edən "qoca sinyora" 5:0 qələbə qazanıb.
"Opta"nın məlumatına görə, "Yuventus" ilk dəfə 2018-ci ilin fevral ayında "Sassuolo" ilə qarşılaşmada birinci hissədə 4 qol vurub.
Qeyd edək ki, həmin matç Turin təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

https://qelebe.az//uploads/photo/quotyuventusquot-son-7-ilde-ilk-defe-bunu-bacarib.webp