ASA və Azərbaycan Cüdo Federasiyası birgə təlim, lisenziyalaşdırma proqramı həyata keçirir

ASA və Azərbaycan Cüdo Federasiyası birgə təlim, lisenziyalaşdırma proqramı həyata keçirir

Azərbaycan İdman Akademiyası (ASA) və Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə məşqçi-müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlim və lisenziyalaşdırma proqramı həyata keçirir.

"QELEBE.AZ" xəbər verir ki, proqramın növbəti mərhələsi iyulda baş tutacaq və cüdo məşqçiləri üçün I, II və III səviyyələr üzrə genişmiqyaslı təlimlər təşkil ediləcək.

Təlimlərdə texniki-taktiki bacarıqlar, məşq planlaşdırması, yarış təhlili, psixoloji və fiziki hazırlıq, eləcə də beynəlxalq yarış qaydaları üzrə biliklərə xüsusi önəm veriləcək.

Qeyd edək ki, sözügedən əməkdaşlıq çərçivəsində iyunun 10-dan 13-dək ASA-nın ev sahibliyi ilə “Təlimçi bacarıqları” modulu üzrə ilk təlimlər uğurla başa çatıb.

Bu modul məşqçilərin pedaqoji, psixoloji və kommunikativ bacarıqlarının inkişafına yönəlib. Təlim proqramında iştirak edən cüdo üzrə məşqçilər yalnız texniki-taktiki biliklərlə deyil, həm də fasilitasiya, motivasiya, auditoriya idarəetməsi, ünsiyyət və bədən dili kimi müasir təlimçi bacarıqları ilə tanış olublar.

ASA və ACF-nin bu təlimləri nəinki mövcud məşqçilər, eləcə də gələcəkdə tədris və məşqçilik sahəsində çalışmaq istəyənlər üçün uzunmüddətli strateji inkişaf platforması kimi dəyərləndirilir.

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub