Bu gün "Beşiktaş" və "Başakşehir"in də rəqibləri müəyyənləşəcək - YENİLƏNİR
Bu gün UEFA Konfrans Liqasının və Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Apasport.az xəbər verir ki, tədbirdə Türkiyə klublarından "Beşiktaş" və "Başakşehir"in də rəqibləri müəyyənləşəcək.
"Beşiktaş"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri belədir:
"Şaxtyor" (Ukrayna) - "İlves Tampere" (Finlandiya) / (cütün qalibi)
"Şerif" (Moldova) - "Priştina" (Kosova) / (cütün qalibi)
"Midtyulland" (Danimarka)
"Anderlext" (Belçika)
"Başakşehir"in isə Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri belədir:
"Sutjeska" (Monteneqro) - "Dinamo Brest" (Belarus) / (cütün qalibi)
"Torpedo Kutaisi" (Gürcüstan) - "Ordabasi" (Qazaxıstan) / (cütün qalibi)
"Araz-Naxçıvan" (Azərbaycan)
"Çerno More" (Bolqarıstan)
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi saat 14:00-da, Konfrans Liqasının püşkatma mərasimi isə 17:00-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/bu-gun-quotbeshiktashquot-ve-quotbashakshehirquotin-de-reqibleri-mueyyenleshecek-yenilenir.webp