Liqa 1 klubunda yeni baş məşqçi

Liqa 1 klubunda yeni baş məşqçi

Fransanın “Nant” klubunun yeni baş məşqçisi açıqlanıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.

Komandanın sükanı Luis Kastroya tapşırılıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Kastro son olaraq Liqa 2-də “Dünkerk” klubunda işləyib.