Yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığmanın böyük məşqçisi: Qələbələrimizi şəhidlərimizi ruhuna həsr edirik

Yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığmanın böyük məşqçisi: Qələbələrimizi şəhidlərimizi ruhuna həsr edirik

Qələbələrimizi şəhidlərimizi ruhuna həsr edirik. Bizim hər qələbəmiz şəhidlərimizə həsr olunur.

"Report" xəbər verir ki, bunu Şimali Makedoniyanın paytaxtı Skopyedəki U-17 Avropa çempionatında qələbə qazanan sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov jurnalistlərə açıqlamasında deyib.

"Ermənistan komandası 48 kq çəki dərəcəsində çox güclü idi. Bu komanda ilə 6 görüş keçirdik, onların beşində qələbə qazandıq", - böyük məşqçi bildirib.

Ə.Novruzov keçən il olduğu kimi bu il də çempion olduqlarını xatırladıb:

"Keçən il olduğu kimi məqsədimiz çempion olmaq idi. Bilirsiniz ki, komanda Avropa çempionu olmuşdu. İstəyirdik ki, ardıcıllıq davam etsin. İlk dəfə 2022-ci ildə komanda çempion oldu, 2023-cü ildə isə bir xal qaçırdıq. Bu il vəziyyət çətin idi. Ukrayna komandası ilə son ana qədər mübarizə apardıq. Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçmişdik. Federasiyaya, Milli Olimpiya İdman Komitəsinə, Gənclər və İdman Nazirliyinə bu şəraiti yaratdığı üçün təşəkkür edirik".

Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb. Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib