İngiltərəli müdafiəçi “Marsel”də - RƏSMİ
Fransa Liqa 1 təmsilçilərindən "Marsel" heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, komanda son olaraq "Börnli"yə məxsus olan və hazırda azad agent statusunda olan müdafiəçi Konrad Ceydon İqan-Rileyi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı ingiltərəli futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, futbolçu "Mançester Siti"nin yetirməsidir.

https://qelebe.az//uploads/photo/ingiltereli-mudafiechi-marselde-resmi.webp