Latviya yığması Azərbaycanla keçirəcəyi yoldaşlıq görüşünə ciddi yanaşır

Latviya yığması Azərbaycanla keçirəcəyi yoldaşlıq görüşünə ciddi yanaşır

Latviya yığması Azərbaycanla keçirəcəyi yoldaşlıq görüşünə ciddi yanaşır.

"QELEBE.AZ" xəbər verir ki, bunu millinin baş məşqçisi Paolo Nikolato sabah baş tutacaq oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O, nikbin olduğunu qeyd edib:

"Azərbaycanla oyuna 5 gün ərzində hazırlaşmışıq. Bəzi çətinliklərimiz olsa da, problemləri həll edərək, müvəffəqiyyət qazanmaq istəyirik. Sabahkı matç ərəfəsində nikbinəm. Hər görüşə ciddi yanaşırıq. Rəqibimiz FIFA reytinqində 119-cu pillədə qərarlaşır. Özümüzdən yuxarıda olan komandalarla oynayaraq, inkişafa nail olmaq istəyirik".

Mütəxəssis heyətə yeni oyunçular cəlb etdiyini söyləyib:

"Heyətimizdə yeni oyunçular var. Onlara özlərini göstərmək imkanı veririk. Belə oyunlar da bacarıqlarını ortaya qoymaq baxımından şansdır. Bizim üçün vacib olan məqam hər futbolçunun özünü burada vacib fiqur kimi hiss etməsidir. Yeni futbolçularda güclü komandalara qarşı matçlarda qorxu hissinin olmaması da önəmlidir. Milli komandanın gücü daxili liqanın səviyyəsi ilə ölçülür. Nə qədər çox futbolçumuz güclü klubda oynasa, millimiz üçün bir o qədər yaxşı olar. Azərbaycan millisi ilə keçmişdə keçirdiyimiz oyunlara baxmırıq. 5 il əvvəlki son oyunda Latviyanın Azərbaycana məğlub olması mənim üçün əhəmiyyətli deyil. Hər zaman bu günün tələblərinə görə hərəkət edirik. Çünki futbolda bir dəqiqənin içində çox şey dəyişir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dünyaca tanınmış mütəxəssisdir. Onun işinə, uğurlarına böyük hörmətlə yanaşıram. Əlbəttə ki, bunu nəzərə alırıq. Azərbaycanla oyundan sonra Albaniya ilə rəsmi matça çıxacağıq. Təbii ki, heyətdə 50 faiz dəyişiklik olub. Azərbaycanla görüşdən sonra bütün diqqətimizi albanlarla qarşılaşmaya yönəldəcəyik".

Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

Futbol
Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"