Türkiyə millisinin üzvü zədələnib
Türkiyə millisi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “ay-ulduzlular”ın yarımmüdafiəçisi Salih Özcan sıradan çıxıb. Bu barədə Türkiyə yığmasının mətbuat xidməti məlumat yayıb.
Məşqdə zədələnən Salih heyətdən çıxarılıb.
Türkiyə yığması sabah ABŞ ilə yoldaşlıq oyunu keçirəcək.

https://qelebe.az//uploads/photo/turkiye-millisinin-uzvu-zedelenib.webp