“Neftçi”nin hücumçusu: “Bu mövsüm ən məhsuldar oyunçu olacağımı gözləmirdim”

“Neftçi”nin hücumçusu: “Bu mövsüm ən məhsuldar oyunçu olacağımı gözləmirdim”

AFFA Yüksək Qızlar Liqasında 2024/2025 mövsümünün ən məhsuldar oyunçusu olan “Neftçi”nin futbolçusu Coşqunə Əliyeva çempionluqla bağlı təəssüratlarını bölüşüb.

Bu barədə hücumçu "QELEBE.AZ"a açıqlama verib.

O, son oyunlarda vurduğu qolların sayəsində bombardir olduğunu bildirib:

“Əlbəttə, qalib olduğumuza görə hamımız sevinirik. Son iki ildə ardıcıl çempionluqlar yaşadıq. Bu mövsüm ən məhsuldar oyunçu olacağımı gözləmirdim. Açığı, çox qol vurmaq, bombardir olmaq hədəfim də yox idi. Yalnız son oyunlarda belə nəticə göstərdim. Növbəti mövsümdə də hədəf yenə çempionluq olacaq”.

Azərbaycan millisinin üzvü son mövsümün yorucu keçdiyini də vurğulayıb:

“Mövsümü əla dəyərləndirirəm, eyni zamanda həddindən çox yorucu idi. Həm mənim, həm də komandam üçün sonuncu dəfə belə yorucu mövsümün nə vaxt olduğunu xatırlamıram. Bununla yanaşı həm də əyləncəli idi. Bir sözlə mövsümü çox yüksək səviyyədə keçirdiyimizi deyə bilərəm”.

C.Əliyeva başqa kluba gedə biləcəyini də vurğulayıb:

“Neftçi”nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında iştirak edəcəyəm. Başqa klublardan təkliflər olacağım təqdirdə gedə bilərəm. İnkişaf üçün daha yaxşı liqalarda oynamalısan. Azərbaycan çempionatında cəmi 6 komanda var. Liqa o qədər də güclü deyil, rəqabət yoxdur. Demək olar ən yaxşı bizim komandadır. Rəqabət olsa, əlbəttə, kim istəməz ki, öz vətənində oynasın? Xarici çempionatlarda oynamaq istəyirəm".

Qeyd edək ki, “Neftçi” bu mövsüm AFFA Yüksək Qızlar Liqasının qalibi adını qazanıb. Coşqunə Əliyeva 31 qolla çempionatın ən məhsuldar oyunçusu olub.

Futbol
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
Xavi Zidanın rekordunu geridə qoyub

Xavi Zidanın rekordunu geridə qoyub

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

Futbol
“Qarabağ” “Top-5” liqalardakı komandalardan yalnız “Liverpul”dan geri qalır - ARAŞDIRMA

“Qarabağ” “Top-5” liqalardakı komandalardan yalnız “Liverpul”dan geri qalır - ARAŞDIRMA

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Futbol
"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb