Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
Avropa Liqasının qalibi “Əl-İttihad”a transfer ola bilər
"Tottenhem"lə bu mövsüm Avropa Liqasında çempionluq sevinci yaşayan Son Hın Min komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Əl-İttihad" 32 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, Səudiyyə Ərəbistanı təmsilçisi vingerə illik 25 milyon avro maaş ödəməyə hazırdır.
Xatırladaq ki, Son "Tottenhem"ə 2015-ci ildə "Bayer"dən 30 milyon avro qarşılığında transfer olunub.
Cənubi Kareya millisinin üzvü Premyer Liqa klubunun heyətində 454 rəsmi matçda iştirak edib və 173 qol, 101 assistlə yadda qalıb.

https://qelebe.az//uploads/photo/avropa-liqasinin-qalibi-el-ittihada-transfer-ola-biler.webp