Maksimin “Fənər”i tərk etdi
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” daha bir futbolçu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, İstanbul klubunun mövsümün əvvəlində “Əl-Əhli”dən icarəyə götürdüyü Allan Sent-Maksimin komandanı tərk edib.
Bu barədə futbolçu özü açıqlama yayıb.
“Sarı-lacivərdlilər” vingerin müqaviləsində yer alan satınalma bəndindən istifadə etməyib.
Qeyd edək ki, 27 yaşlı fransalı bu mövsüm “Fənər”in heyətində iştirak etdiyi 31 rəsmi matçda 4 qol, 5 assistlə yadda qalıb.

https://qelebe.az//uploads/photo/maksimin-feneri-terk-etdi.webp