Azərbaycan millisi çövkən üzrə ilk Avropa çempionatında çıxış edəcək

Azərbaycan millisi çövkən üzrə ilk Avropa çempionatında çıxış edəcək

Azərbaycanın çövkən millisi iyunun 3-dən 7-nə qədər Polşanın Şonovitse şəhərində keçiriləcək ilk Avropa çempionatında çıxış edəcək.

"QELEBE.AZ" xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə təşkil olunacaq yarışda 6 ölkə – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyə milliləri mübarizə aparacaq.

Çempionat çərçivəsində iyunun 4-də Beynəlxalq Çövkən Federasiyasının üçüncü Baş Assambleyası baş tutacaq. Tədbir zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.

Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb. 2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Beynəlxalq Çövkən Federasiyası 2024-cü ilin fevralında 19 ölkənin iştirakı ilə Bakı şəhərində təsis edilib, nizamnaməsi təsdiq olunub. Elə həmin ilin iyununda keçirilən ikinci növbədənkənar Assambleya zamanı federasiyanın üzv ölkələrinin sayı 54-ə çatıb. 2024-cü ildə Bakıda 10 ölkənin iştirakı ilə çövkən üzrə ilk dünya çempionatı təşkil olunub və Azərbaycan komandası birinci yeri tutub. Elə həmin Assambleyada qəbul edilən qərara əsasən, növbəti dünya çempionatı da 2026-cı ildə yenidən Bakıda keçiriləcək.

Çövkən Azərbaycan üçün təkcə idman növü deyil, həm də xalqın qədim mədəni irsinin daşıyıcısıdır. Bu baxımdan 2013-cü ildə UNESCO tərəfindən "Təcili qorunması zəruri olan qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi çövkənin Azərbaycan xalqı üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Hazırda ölkəmizdə bu qədim atüstü oyunun dirçəldilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb