Conatan Tah "Bavariya"da - Rəsmi
“Bayer”dən ayrılan Conatan Tah karyerasını “Bavariya”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Conatan ilə 4 illik müqavilə imzalanıb. Sözləşmə 2029-ci ilin yayına qədər nəzərdə tutulub.
Almaniya millisinin üzvü “Bavariya”ya azad agent kimi keçib.

https://qelebe.az//uploads/photo/conatan-tah-quotbavariyaquotda-resmi.webp