Azərbaycanın çimərlik güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar

Azərbaycanın çimərlik güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində təşkil olunan yeniyetmələr (U-15, U-17) arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar.

Bu barədə "QELEBE.AZ"a Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qitə birinciliyində Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U-17 millisi təmsil edib.

B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçiləri – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabı ilə qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabı ilə üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradzeyə 1:3 hesabı ilə məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada gürcü Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panayotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə əvəz çıxmağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.

Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.

Qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Fərdi
Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb