14 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub

14 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub

14 yaşadək (U-14) voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

“Report” Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki həm qızların, həm də oğlanların mübarizəsində yarımfinal və final mərhələsinin oyunları keçirilib.

AVF-nin idman zalında qızların yarımfinal oyunlarında “Azərreyl-2” klubu “Mingəçevir-1” komandasına, “Tovuz RVK” isə “Azərreyl-5”ə qalib gələrək finala vəsiqə qazanıblar.

Oğlanların mübarizəsində isə “Sumqayıt RVK” “Oğuz RVK”nı, “Daşkəsən” klubu isə “Naxçıvan”ı məğlub edərək finala yüksəliblər.

Qızların üçüncü yer uğrunda oyununda “Azərreyl-5“ klubu 3:2 hesabı ilə “Mingəçevir-1“i, oğlanların mübarizəsində isə “Naxçıvan“ “Oğuz RVK“nı (3:0) məğlub edərək yarışın bürünc medallarını qazanıblar.

Qızların finalında “Azərreyl-2” “Tovuz RVK”nı 3:0 hesabı ilə üstələyib. Oğlan voleybolçulardan ibarət yarışın finalında isə “Daşkəsən” komandası “Sumqayıt RVK”ya 3:2 hesabı ilə qalib gəlib.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev təqdim ediblər.

Beləliklə, qızların birinciliyinin çempionu olan “Azərreyl-2”yə qızıl medal və kubok, “Tovuz RVK”ya gümüş, “Azərreyl-5” komandasına isə bürünc medallar təqdim edilib.

Həmçinin oğlan voleybolçular arasında yarışın qalibi olan “Daşkəsən”ə qızıl medal və kubok, “Sumqayıt RVK”ya gümüş, “Naxçıvan” komandasına isə bürünc medallar verilib.

Qeyd edək ki, sabah AVF-nin idman zalında 18 yaşadək voleybolçuların Azərbaycan birinciliyində (qızlar və oğlanlar) üçüncülük və final qarşılaşamaları, ardınca isə qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Komanda
“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib