Millimiz Kanadaya məğlub oldu - YENİLƏNİR

Millimiz Kanadaya məğlub oldu - YENİLƏNİR

Basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi bu gün start götürəcək.

QELEBE.AZ xəbər verir ki, kişilərin yarışında qrup mərhələsinin matçları bu gün keçiriləcək.

6 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan millisi B qrupunda yarışacaq.

Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdan ibarət yığmamız ilk matçını Kanada ilə keçirəcək. Komandamız qrup mərhələsini Böyük Britaniya ilə matçla başa vuracaq.

A qrupunda Monteneqro, Ruanda, İran, B qrupunda Kanada, Böyük Britaniya, Azərbaycan mübarizə aparacaq.

Dünya kubokunun seçmə mərhələsi
Kişilər
24 may
Qrup mərhələsi

I tur
A qrupu

16:50. Monteneqro - Ruanda 21:13

B qrupu
17:15. Kanada – Böyük Britaniya 21:14

II tur
A qrupu

18:40. Monteneqro - İran 21:14

B qrupu
19:05. Kanada - Azərbaycan 12:7

III tur
A qrupu

20:30. Ruanda - İran

B qrupu
20:55. Böyük Britaniya – Azərbaycan

Qeyd edək ki, hər qrupdan iki komanda yarımfinala yüksələcək.