Tofiq Musayev UFC-də
Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Bakı turnirində iştirak edəcək.
QELEBE.AZ xəbər verir ki, turnirdə üçüncü Azərbaycan təmsilçisi olan Tofiqin rəqibi də bəllidir.
35 yaşlı idmançımız iyunun 21-də Mıqtıbek Orolbay ilə qarşılaşacaq.
Qeyd edək ki, bu döyüş Musayevin UFC-də ilk çıxışı olacaq.

https://qelebe.az//uploads/photo/tofiq-musayev-ufc-de.webp