“Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
Türkiyə çempionu “Qalatasaray” futbolçusu Yunus Akgünlə müqavilə müddətini uzadacaq.
QELEBE.AZ xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəliblər.
Türkiyə millisinin üzvü ilə yaxın günlərdə 4 illik yeni müqavilə imzalanacaq. 24 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm “sarı-qırmızılılar”ın heyətində 44 oyunda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/qalatasaray-millinin-uzvu-ile-muqavile-yenileyecek.webp