"Sabah" "Zirə"ni məğlub etdi - ÇEMPİON OLDU
Gənclər Liqasında XXXVI turun oyunları keçirilib.
QELEBE.AZ xəbər verir ki, "Sabah"ın U-19 komandası səfərdə "Zirə"nin müvafiq yaş qrupu ilə qarşılaşıb.
Binə qəsəbə stadionunda keçirilən matç qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə xallarının sayını 89-a çatdıran klub mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

https://qelebe.az//uploads/photo/quotsabahquot-quotzirequotni-meglub-etdi-chempion-oldu.webp