Millimiz 18-ci pillənin sahibi oldu

Millimiz 18-ci pillənin sahibi oldu

Atıcılıq üzrə gənclər arasında keçirilən Dünya kuboku davam edir.

Apasport.az xəbər verir ki, Almaniyanın Sul şəhərində baş tutan yarışda qarışıq komandaların tapança ilə 10 m məsafədən atəş açma yarışı başlayıb.

Təsnifat mərhələsində 44 yığma hədəf önünə keçib. Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət Azərbaycan millisi 18-ci olub.

Vladislav 285, Leyli isə 275 xal toplaya bilib.

Qeyd edək ki, eyni növün fərdi yarışlarında Kalmıkov final mərhələsində 8-ci, Əliyeva təsnifatda 26-cı olub.