Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək. 

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq. 

Açılış mərasimindən öncə qrup mərhələsinin 5 oyunu keçiriləcək. Turnirə Fransa - Çad qarşılaşması ilə start veriləcək. 

Daha sonra Macarıstan Türkiyəyə, Bolqarıstan Portuqaliyaya, Ukrayna İngiltərəyə, Slovakiya Hindistana qarşı mübarizə aparacaq. 

Saat 19:00-da turnirin açılış mərasimi keçiriləcək. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

Mərasimdən sonra Azərbaycan millisi Bəhreyn yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:30-da start götürəcək. 

Saat 21:45-də Rumıniya Özbəkistanı, 23:00-da isə Mavritaniya Sloveniyanı sınağa çəkəcək. 

Qeyd edək ki, bütün görüşlər Milli Gimnastika Arenasında baş tutacaq. 

Dünya çempionatı

Qrup mərhələsi

I tur

21 may

A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya

B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan

C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə

D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya - Hindistan